Pentaqon: İncirlik bazasından Ankaranın icazəsi ilə istifadə edirik

Pentaqon: İncirlik bazasından Ankaranın icazəsi ilə istifadə edirik
03:42 16 Dekabr 2019
111 Digər
Ölkə mətbuatı
A- A+

Birləşmiş Ştatlar Türkiyənin hərbi bazalarından, o cümlədən İncirlik aviabazasından yalnız Ankaranın icazəsi ilə istifadə edir.
"Report" TASS-a istinadən xəbər verir ki, Pentaqon Rusiyanın S-400 zenit raket sistemlərinin almasına görə Ankaraya qarşı sanksiyaların tətbiq ediləcəyi halda Türkiyənin İncirlik və Kürəcik bazalarının ABŞ-ın üzünə bağlana biləcəyi haqqında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sözlərini belə şərh edib.
"Türkiyə bazalarında, o cümlədən İncirlikdə ABŞ hərbi qüvvələrinin mövcudluğu Türkiyə hökumətinin icazəsi ilə həyata keçirilir. Biz hərbi qüvvələrimizin Türkiyədəki statusuna çoxillik sadiqliyimizin və NATO üzrə müttəfiqimizin və strateji partnyorumuzun müdafiəsi kimi baxırıq", - deyə Pentaqondan bildirilib.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/pentaqon-i-ncirlik-bazasindan-ankaranin-icazesi-ile-istifade-edirik

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR