İstirahət günlərində yol qəzalarında 4 nəfər ölüb

İstirahət günlərində yol qəzalarında 4 nəfər ölüb
11:57 16 Dekabr 2019
71 Digər
Ölkə mətbuatı
A- A+

Son iki gündə daxili işlər orqanlarında qeydə alınan cinayət faktları və hadisələr haqqında statistik məlumatlar açıqlanıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən "Report"a verilən məlumata görə, dekabr ayının 14-dən 16-dək örədilən 36 cinayətin üstü “isti izlər”lə açılıb. 
Əvvəlki dövrlərdən bağlı qalan 9 cinayətin açılması təmin olunub. 
Axtarışda olduğuna görə ümumilikdə 21 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 10 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. 
Avtomobil yollarında 4 ağır yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 4 nəfər ölüb. 
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 16, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib. 
Cinayət törətməkdə şübhəli bilinən 57 nəfər saxlanılıb.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/i-stirahet-gunlerinde-yol-qezalarinda-4-nefer-olub16

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR