İmişli rayonunda baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin adları məlum olub.

Metbuat.az xəbər verir ki, hadisə zamanı "Mercedes" markalı avtomobildə 2 bacı - Xocavənd rayonundan olan məcburi köçkün, 1978-ci il təvəllüdlü Kəmalə Vaqif qızı Zamanova və 1976-cı il təvəllüdlü Aynur Vaqif qızı Cəfərova xəsarət alıblar.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkimləri cəlb olunub.

Faktla bağlı araşdırmalar davam etdirilir.

*** 15:01

İmişli rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə İmişli-Qaravəlli-Mirili avtomobil yolunun rayonun Bəcirəvan kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan 99-DL-778 dövlət nömrə nişanlı "Mercedes" markalı avtomobil idarəetmədən çıxaraq qarşı tərəfdən gələn 90-KL-860 dövlət nömrə nişanlı KİA markalı avtomobillə toqquşub.

Hadisə nəticəsində iki nəfər xəsarət alıb. Yaralılar İmişli Rayon Mərkəzi Xəstəxənasına yerləşdirilib.

Fakt araşdırlır.