Sənətkar xanımların əl işləri sərgilənir

Sənətkar xanımların əl işləri sərgilənir
17:43 17 Dekabr 2019
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

16-18 dekabr 2019-cu il tarixində “Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası” və “AFTF Consulting”- in birgə əməkdaşlığı ilə Passage 1901-də “Beynəlxalq Uşaq Oyuncaqları Sərgisi” keçirilir.

Trend-in məlumatına görə, 3 gün davam edəcək sərgidə yerli və xarici şirkətləri məhsulları və AQSİA-nın üzvü olan sənətkar xanımların əl işləri sərgilənir.

Sərgi, Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının İdarə Heyətinin sədri Səkinə Babayevanın çıxışı ilə başlayıb. S.Babayeva çıxışında, belə sərgilərin önəmini və gücün qadın birliyində olduğunu vurğulayıb.

Sərginin məqsədi, ölkələr arası iş birliyinin möhkəmlənməsi, istehsal müəssisələrinin sayının artırılması, “Əl Əməyi Göz Nuru” layihəsi çərçivəsində uşaq geyimlərinin və oyuncaqlarının, əl işlərinin istehsalına təkan yaratmaq, evdə məşğulluğun artırılmasıdır.

Sərgidə, “Damla Aztəminatlı Ailələrə Qayğı İB-nin” təşəbbüsü ilə regionlarda yaşayan uşaqların məktubları sərgilənib. Qonaqlar tərəfindən maraqla qarşılanan məktublar oxunulub və onların istəklərinin qarşılanması qərarlaşdırılıb.

Belə ki, ilk məktub Səkinə Babayeva tərəfindən oxunuldu. Oğuzda yaşayan 13 yaşlı Aysunun məktubunda bel çantası və çamadan istəyini oxuyan S.Babayeva balacanın istəyini qarşılayacağını bildirib.
Məktubların davamında, Oğuz rayonunda olan digər balacalar üçün, LOQOS Psixoloji Nitq İnkişaf Mərkəzinin rəhbəri Təranə Məmmədova tərəfindən gəlinciklər, EXTREME turizmin rəhbəri Cəmilə Abdullayeva tərəfindən rəsm alətləri, könüllü Tural Quliyev tərəfindən telefon, AFTF consultingin rəhbəri Ələviyyə Həsənova tərəfindən kitab, ARTMOOD şirkətinin creative direktoru Ülviyyə Mütəllimova tərəfindən velosiped və digər iştirakçılar tərəfindən uşaqların istədiyi hədiyyələr göndəriləcək.

İsmayıllı rayonunda olan uşaqlar üçün isə, ”Vəfa Ziyalı Qadınlar İB” və “Beynəlxalq Qadın Həmrəyliyi Klubunun sədri Əsmayə Cavadova tərəfindən velosiped, ABC tədris mərkəzinin rəhbəri Leyla Həsənova tərəfindən don, kitab və müxtəlif hədiyyələr,ARTMOOD şirkətinin rəhbəri Xəyalə Mütəllimova tərəfindən velosiped və kitab, KOBİA-nın əməkdaşı Aygün Əhmədova tərəfindən velosiped və bel çantası və baqşaları tərəfindən uşaqların istədiyi hədiyyələr göndəriləcək.

Sərgi 18 dekabr 2019-cu ildə başa çatacaq.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/business/3165214.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR