18 yaşlı qızı zorlayan qapıçı həbs olundu

18 yaşlı qızı zorlayan qapıçı həbs olundu
20:27 17 Dekabr 2019
167 İdman
Ölkə mətbuatı
A- A+

Fransanın "Nansi" klubunun qapıçısı Baptiste Valette həbs edilib.

Milli.Az fanat.az-a istinadən xəbər verir ki, qolkiper 18 yaşlı qızın zorlanmasında şübhəli bilinir.

2001-ci il təvəllüdlü qız gecə klublarından birində cinsi zorakılığa məruz qalması iddiası ilə hüquq-mühafizə orqanlarına şikayət edib. Onun iddiasına görə, hadisə dekabrın 14-dən 15-ə keçən gecə baş verib.

Futbolçu həmin gün polis bölməsinə aparılıb. Baptiste Valette sərxoş olduğundan dindirilmə başqa vaxta keçirilib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/811078.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR