Bu il Azərbaycanda asfalt istehsalı 34%-dən çox artıb

Bu il Azərbaycanda asfalt istehsalı 34%-dən çox artıb
11:02 20 Dekabr 2019
44 Digər
Ölkə mətbuatı
A- A+

Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda tikinti materiallarının istehsalı sahəsində fəaliyyət göstərən müəssisələr tərəfindən istehsal edilmiş məhsulun ümumi dəyəri 4,4% artaraq 709,8 mln manat təşkil edib.
“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, bu ilin 11 ayında ölkədə 3 165,8 min ton sement istehsal edilib ki, bu da daha əvvəlki ilin yanvar-noyabr ayları ilə müqayisədə 1,6% azdır.
Bu ilin yanvar-noyabr aylarında ölkədə 360,2 min ton asfalt istehsal edilib ki, bu da ötən ilin yanvar-noyabr ayları ilə müqayisədə 34,2% çoxdur. Bu ilin yanvar-noyabr aylarında tikinti kərpicinin istehsalı 38,1% artaraq 390,3 min kubmetr təşkil edib.
Tikinti gipsinin istehsalı 66,5% azalaraq 13,5 min ton olub. Yanvar-noyabr aylarında tikinti əhənginin istehsalı 48,5% artaraq 40,6 min ton təşkil edib.
Yanvar-noyabr ayları ərzində sementdən, süni daşdan və ya betondan tikinti blokları və kərpiclərinin istehsalı 79,8 min ton olaraq, ötən ilin yanvar-noyabr ayları ilə müqayisədə 26,8% artıb. Betondan yığma tikinti konstruksiyalarının istehsalı da 53,3% azalaraq 38,9 min kubmetr təşkil edib.
Ötən 11 ay ərzində ölkədə emal edilmiş mərmər, travertin, alebastr və onlardan məmulatların istehsalı 13,5% artaraq 34 457,4 ton təşkil edib. Bu müddət ərzində ölkədə hörmə üçün hazır beton qarışığının istehsalı da 28,1% artaraq 1 668,7 min ton təşkil edib.

Xəbərin orijinal ünvanı: https://report.az/senaye/bu-il-azerbaycanda-asfalt-istehsali-34-den-cox-artib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR