Qalmaqallı mahnını indi də Mələkxanım oxudu -

"Aləm gözəl" adlı qalmaqallı mahnını bu dəfə Xalq artisti Mələkxanım Əyyubova səsləndirib.Axşam.az xəbər verir ki, xanəndə bəstəni Ramal İsrafilovla duet şəklində oxuyub.

Metbuat.az bildirir ki, ifaçılar mahnı üçün kamera qarşısına keçərək, klip çəkdiriblər. Onlar ağ libaslardan istifadə ediblər.

Qeyd edək ki, "Aləm gözəl" mahnısı üstündə Əməkdar artist Abbas Bağırovla Ramal arasında qalmaqal yaşanmışdı. Ramal həmkarı üçün yazdığı mahnını onun başqa bir müəllifin adıyla təqdim etdiyini söyləyib.

Abba isə "Aləm gözəl"i iş adamı Anar Məmmədovun yazdığını iddia edib.

Xalq artisti Brilliant Dadaşova isə sözügedən bəstəni Ramala özünün sifariş etdiyini və onun üçün yazıldığını söyləmişdi. Brilliant və Abbas uzun illər buna görə küsülü qalıb. Hazırda isə Ramalla Abbas da mahnıya görə danışmır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR