UEFA "Qarabağ"ın gəlirlərini açıqladı

UEFA "Qarabağ"ın gəlirlərini açıqladı
20:42 20 Dekabr 2019
147 İdman
Ölkə mətbuatı
A- A+

UEFA 2018-2019 mövsümündə Avropa Liqasının qrup mərhələsində çıxış edən klubların da gəlirlərini açıqlayıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, ötən mövsüm ölkəmizi qrup mərhələsində təmsil edən "Qarabağ"ın ümumi gəliri 4 milyon, 847 min, 954 avro olub.

Bu məbləğin 2 milyon 275 min avrosu qrup mərhələsində iştiraka görə, qalan hissəsi qrupda qazanılan nəticələr və marketinqdən bağlı əldə edilib.

Xatırladaq ki, "Qarabağ" ötən mövsüm "Arsenal", "Sportinq" və "Vorskla" ilə E qrupunda mübarizə aparıb. Ağdam klubu Ukraynada "Vorskla"nı məğlub edib, digər 5 görüşdə isə uduzub.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/812056.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR