AGF İcra Komitəsinin 34-cü iclası keçirilib

AGF İcra Komitəsinin 34-cü iclası keçirilib
01:52 21 Dekabr 2019
88 Digər
Ölkə mətbuatı
A- A+

“Azərbaycan Gimnastika Federasiyası” (AGF) İctimai Birliyiİcra Komitəsinin 34-cü iclası keçirilib.
Federasiyadan "Report"a verilən məlumata görə, ilin yekunlarına həsr olunmuş iclasda AGF İcra Komitəsinin üzvləri, federasiya nümayəndələri və gimnastika növləri üzrə yığma komandaların üzvləri iştirak ediblər.
İclasın gündəliyində federasiyanın fəaliyyəti ilə əlaqədar bir sıra mühüm məsələlər dayanıb.
İlk olaraq iclasda batut gimnastikası üzrə 2019-cu ildə Tokioda keçirilmiş Dünya Yaş Qrupları Yarışlarında medal qazanmış idmançılar və onların məşqçiləri mükafatlandırılıb.
Daha sonra AGF-ninBaş katibi, gimnastika növləri üzrə yığma komandaların Baş məşqçiləri, həmçinin federasiya ilə sıx əməkdaşlıq edən idman təşkilatlarının illik hesabatları dinlənilib və müzakirələrdən sonra qəbul edilib.
İclasın gündəliyində duran əsas məqamlardan biri isə Beynəlxalq Gimnastika Federasiyasının qaydalarına əsaslanaraq, milli yarışların proqramlarına uyğunlaşdırılmışAGF-nin Texniki Reqlamentinin müzakirəsi və təsdiq edilməsi olub.
O cümlədən, AGF-nin 2020-ci ilin əvvəllərində keçiriləcək Ümumi Yığıncağının tarixi müəyyən edilərək, gündəliyi təsdiq edilib.
İcra Komitəsinin iclasında diqqət mərkəzində dayanandigər vacib məsələlərdən biri də 2020-ci il üzrə planların müzakirəsi olub.



Xəbərin orijinal ünvanı: https://report.az/komanda/agf-i-cra-komitesinin-34-cu-iclasi-kecirilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR