“Report”un verdiyi məlumata görə, 60 yaşlı italiyalı mütəxəssisi İngiltərə təmsilçisi “Everton”a rəhbərlik edəcək. Onunla 4,5 illik müqavilə bağlanılıb.
Qeyd edək ki, Ançelotti “Napoli” ilə yanaşı vətənində “Recina”, “Parma”, “Yuventus” və “Milan”, eləcə də İngiltərənin “Çelsi”, İspaniyanın “Real Madrid”, Fransanın PSJ və Almaniyanın “Bavariya” komandalarının baş məşqçisi olub.