Bu il onlar milyonlar “qazandı”

Bu il onlar milyonlar “qazandı”
18:57 23 Dekabr 2019
202 Şou
Ölkə mətbuatı
A- A+

Məşhurların yeni savaş məkanı, intriqaları ən üst həddə çıxaran, ulduzları əlçatan edən İnstaqramda bu il də fırtınalı "like"lar, əsəbi "view"lar və atmacalı "comment"lər aləmi bir-birinə vurdu.

Hirsini "story"də soyudub, ultimatum göndərənlər, rəyləri bağlayıb milləti "susduran"lar, canlı yayımda izləyicilərini söyənlər o ki, var reytinq yığdı.

Milli.Az Axşam.az-a istinadən 2019-cu ilin "Like" rekordmen məşhurlarını təqdim edir:

Beşinci pillədə aparıcı Vüsalə Əlizadədir. Sənətçinin ən çox "like" alan paylaşımı qızı Diləklə Novruz bayramı paylaşımıdır. Ümumilikdə isə aparıcı il ərzində 341 paylaşım edərək 7 milyon 730 min-ə yaxın bəyənmə toplayıb.

Xalq artisti Röya Ayxan dördüncü yerin sahibidir. Hərdən günlərlə paylaşım etməyən müğənni 472 postla 11 milyon 405 mindən çox "like" yığıb.

Üçüncü yerdə Sevinc və Sevil Səfərovalardır. Müğənnilər cari ilin əvvəlindən 505 paylaşım ediblər. Onların ən çox "like" toplayan fotoları isə ailə ilə olanlardır. İfaçılara 15 milyon 858 minə yaxın bəyənmə gəlib.

Müğənni Damla ikinci yerin sahibidir. Onu il ərzində 20 milyon 656 min 289 dəfə bəyəniblər. İfaçı il başlayandan 505 görüntüsünü izləyiciləri ilə bölüşüb.

İl ərzində açıqlamaları və qalmaqalları ilə gündəmdə olan Şəbnəm Tovuzlu birinci yerin sahibidir. 22 milyon 133 min 193 "like" yığmaq üçün müğənni 1194 paylaşım edib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/showbiz/812726.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR