''Game of thrones'' serialı ilə məşhurluq qazanan aktrisa yaşadığı təcrüblərə görə yeni qərar alıb.
Milli.Az ölkə.az-a istinadən bildirir ki, aktrisa artıq pərəstişkarları ilə foto çəkdirmək, yayımlamaq istəmir. Onu bu qərarı verməyə vadar edən səbəb haqqında danışıb.
Klark ''Hava limanında gedərkən yorğunluqdan əsəb gərginliyi keçirirdim. Ağlayırdım və mənə bir kişi yaxınlaşıb ''Sizinlə foto çəkdirə bilərikmi?'' deyə soruşdu. Və mən də cavab olaraq nəfəs ala bilməyəcək dərəcədə yorğun olduğumu deyərək fotodan imtina etdim. Və həmin təcrübəmdən sonra mənimlə foto çəkdirmək istəyən pərəstişkarlarımla söhbət etmək qərarı aldım. Biri mənə yaxınlaşıb foto çəkdirəndə sağollaşıb uzaqlaşır. Lakin 1 dəqiqəlik səmimi söhbət heç vaxt unudulmur'' sözlərini deyib.
Milli.Az