Boliviya polisi Meksikanın ölkəsindəki səfirliyində sığınacaq alan eks-nazirlərini təhvil verməsini istəyir

Boliviya polisi Meksikanın ölkəsindəki səfirliyində sığınacaq alan eks-nazirlərini təhvil verməsini istəyir
06:29 25 Dekabr 2019
72 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Boliviyanın La-Pasa polisinın başçısı Uilyam Kordero, Meksika hökumətindən ölkəsindəki səfirliyində sığınacaq alan eks-nazirlərinin təhvil verilməsini istəyir.

O, Meksika səfirliyinin nümayəndələrini Boliviya hökuməti ilə əməkdaşlıq etməyə çağıraraq diplomatik missiya ərazisində siğınacaq almış keşçmiş hökumət nümayəndələrini təhvil verilməsini istəyib.

Məlumata görə, keçmiş baş nazir Xuan Kintana, keçmiş mədəniyyət naziri Vilm Alanoka, keçmiş ədliyyə naziri Ektor Arse və keçmiş müdafiə naziri Xavyer Savaleta hal hazırda Meksika səfirliyinin ərazisindədirlər. Keçmiş məmurlar üsyan və terrorçuluğa təhrik etməkdə şübhəli bilinirlər.

Daha əvvəl Meksika Xarici İşlər Nazirliyi Meksikanın Boliviyadakı səfirliyində həddindən artıq Boliviya kəşfiyyat və təhlükəsizlik xidmətləri nümayəndələrinin olması ilə bağlı narahatçılığını bildirmişdi.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/other/world/3168785.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR