2019-cu ilə ayrılığı ilə damğa vuran 4 cütlük - FOTO

2019-cu ilə ayrılığı ilə damğa vuran 4 cütlük - FOTO
07:42 25 Dekabr 2019
Ölkə mətbuatı
A- A+

Bu il toy məclisləri ilə zəngin olduğu qədər ayrılıq və boşanmalarla da yadda qaldı.

Milli.Az qafqazinfo-ya istinadən 2019-cu ilə yekun vuraraq, həmin ulduz cütlükləri təqdim edir:

Mayli Sayrus və Liam Hemsvort

Onların avqustda ayrılacaqlarını heç kim gözləmirdi. Onlar 10 ilə yaxın müddət ərzində fasilələrlə görüşüb. İki dəfə nişan edən cütlük, nəhayət, ötən ilin dekabrında ailə qurmuşdu. Təəssüf ki, rəsmi sevgi yalnız səkkiz ay çəkdi. Hər ikisinin dediyinə görə, bunda heç kim günahkar deyil, bu, ümumi qərar idi.

Bredli Kuper və İrina Şeyk

İlk dəfə bu cütlük 2015-ci ilin avqustunda Kapridə görüntülənmişdi. 2017-ci ildə onların Leya adlı qız övladları dünyaya gəldi. Hər ikisi münasibətləri barədə açıqlama vermirdi. Yazda Kuperin Ledi Qaqa ilə eşq macərası yaşaması barədə şayiələr yayıldı. Onlar bərabər "Ulduz doğuldu" filmində çəkilirdi. İyunda İrina Bredli ilə rəsmi şəkildə ayrıldı, Şeykin rusdilli müdafiəçiləri isə sosial şəbəkələrdə Ledi Qaqanın ünvanına ittiham dolu şərhlər yazdı. Daha sonra məlum oldu ki, Kuperin kənarda heç bir eşq macərası olmayıb. Onlar sadəcə filmin irəli getməsi üçün "sevgi oyunu" qurmuşdu.

Emma Roberts və Evan Piters

Artistlər 2012-ci ildə "Böyük dünya" filminin çəkilişlərində tanış olmuşdu. Bir ildən sonra Emma sevgilisinin burnunu sındırdı, amma o, onu bağışladı və evlilik təklifi etdi. Nişan baş tutmadı... Onlar 2016-cı ildə yenidən görüşməyə başladılar. Daha bir il sonra digər məşhur cütlük - Reyçel Bilsonla Heyden Kristensen ayrıldı. Məlum oldu ki, Heyden gizlincə Emma Robertslə yazışır! Buna baxmayaraq, Piters şayiələrə məhəl qoymadı və yenidən Emmaya evlilik təklifi etdi. Amma 2019-cu ilin martında münasibətlər dalana dirəndi və indi ulduzlar bir-biriləri ilə danışmırlar.

Kayli Cenner və Trevis Skott

Beləsini onlardan heç kim gözləmirdi. Ötən il onların Stormi adlı qız övladları dünyaya gəldi və hər şey yolunda idi. 2019-cu ilin oktyabrında isə sevgilərinin bitdiyini açıqladılar. Bir müddət sonra Kaylini keçmiş sevgilisi, reper Tiqanın kompaniyasında görmüşdülər. Kayli və Trevisin münasibətləri dostcasınadır, onlar bərabər Storminin tərbiyəsi ilə məşğuldur.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/813001.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR