Emeri yenidən Fransada çalışa bilər

İngiltərənin “Arsenal” komandasının baş məşqçisi postundan göndərilən Unay Emeri karyerasını yenidən Fransada davam etdirə bilər.

Metbuat.az “Le10sport” portalına istinadən xəbər verir ki, “Monako” Leonardu Jardimi 48 yaşlı ispaniyalı mütəxəssislə əvəzləmək istəyir. Artıq onunla danışıq aparıldığı bildirilir. Bu vəzifəyə namizədlər arasında Loran Blanın da adı çəkilir.

“Monako”nun Liqa 1-də 28 xalla 7-ci pillədə qərarlaşması klub rəhbərliyini qane etmir.

Qeyd edək ki, Emeri 2016-2018-ci illərdə Fransa təmsilçisi PSJ-nin baş məşqçisi olub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR