Angela Merkel Türkiyəyə səfər edəcək

Almaniya kansleri Angela Merkel Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşmək üçün Türkiyəyə səfər edəcək.

Metbuat.az xəbər verir ki, bu barədə Almaniyanın "Süddeutsche Zeitung" qəzeti məlumat yayıb. Qeyd edilib ki, iki ölkə liderlərinin görüşündə miqrant böhranı, Suriyadakı proseslər və Türkiyənin hərbi qüvvə göndərməyi planlaşdırdığı Liviya mövzusunun müzakirə ediləcəyi gözlənilir.

Xəbərdə Merkelin Türkiyə ilə Avropa Birliyi (AB) arasında 2016-cı ildə imzalanan miqrant sazişinin gələcəyindən narahat olduğu yazılıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR