Sənət adamları, xüsusilə də müğənnilər hər zaman geyimləri ilə fərqləniblər. Dünyanın hər yerində belədir, onlar ifaları ilə yanaşı, geyimləri ilə də tamaşaçının diqqətini cəlb etməyə maraqlıdırlar. Təbii ki, bu zaman həm zövq, həm də onların maddi durumları da əsas rol oynayır. Azərbaycanın bəzi tanınmışları da dünyadakı həmkarları kimi il ərzində geyimlərinə xeyli pul xərcləyirlər. Maraqlıdır, onlar il ərzində səhnə geyimlərinə nə qədər pul xərcləyiblər?
Milli.Az bildirir ki, Lent-ın əməkdaşı onların geyimlərini kirayə götürüb-götürmədiyini də aydınlaşdırmağa çalışıb.
Müğənni Roza Zərgərli: "Geyimə çox pul xərcləmirəm, açığı, qiymət də yadımda deyil. Çünki bir neçə şeyi birlikdə alıram. Ancaq kimdənsə paltar alıb heç vaxt geyinmərəm. Özümün yetərincə geyimlərim var".
Xanəndə Elnarə Abdullayeva: "Heç vaxt kirayə paltar geyinmərəm. Bir paltar olsun, özümün olsun. Qiymət söyləmək istəmirəm, ayıbdır.
Elit-star ləqəbi ilə tanınan Cəmilə İsgəndərova: "Hamı kimi mən də səhnə geyimlərimə kifayət qədər pul ayırıram. Bir çox modelyerlərlə də işləyirəm. Ən bahalı səhnə geyimim 2000-2500 manat civarında olub".
Rəqqasə, aktrisa Oksana Rəsulova: "Səhnə paltarlarımın demək olar ki, çoxu əl işidir. Ən bahalı geyimim 3000 manat dəyərində olub. Heç vaxt kirayə paltar geyinməmişəm".
Milli.Az