Robert Prosineçkinin "Kayserispor"la danışıqları müsbət yekunlaşmaq üzrədir

Robert Prosineçkinin "Kayserispor"la danışıqları müsbət yekunlaşmaq üzrədir
10:57 28 Dekabr 2019
44 Digər
Ölkə mətbuatı
A- A+

Futbol üzrə Azərbaycan millisinin sabiq baş məşqçisi Robert Prosineçki Türkiyənin "Kayserispor" komandasının baş məşqçisi olmağa yaxındır. 
"Report" "Fotomac"a istinadən xəbər verir ki, klub rəhbərliyinin 50 yaşlı mütəxəssislə danışıqları müsbət yekunlaşmaq üzrədir.  
"Kayserispor"un prezidenti Berna Gözbaşının ilk olaraq xorvatiyalı məşqçinin komandaya rəhbərlik etməsini istəyir. Bildirilib ki, klub yaxın vaxtlarda Prosineçkinin təyinatını açıqlaya bilər. 
Qeyd edək ki, Prosineçki AVRO-2020-nin seçmə mərhələsi başa çatandan sonra Bosniya və Herseqovina yığmasından istefaya göndərilib. O, 2012-2013-cü illərdə "Kayserispor"da, 2014-2017-ci illərdə isə Azərbaycan millisində çalışıb. Məşqçinin Azərbaycan millisinə də qayıdacağı gündəmdə idi. 

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/prosineckinin-kayserispor-la-danisiqlari-musbet-yekunlasmaq-uzredir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR