“Azərkosmos” bu il 41 milyon dollarlıq xidmət ixrac edib

“Azərkosmos” bu il 41 milyon dollarlıq xidmət ixrac edib
11:07 28 Dekabr 2019
57 Digər
Ölkə mətbuatı
A- A+

Bu ilin yanvar-noyabr aylarında “Azərkosmos” ASC 26 xarici ölkəyə 40,6 milyon ABŞ dolları dəyərində xidmət (telekommunikasiya və optik xidmətlər) ixrac edib.
“Report” xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac icmalı”nda göstərilib.
Məlumata görə, 11 ay ərzində dövlət şirkətinin xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 89%-ni təşkil edib.
Təkcə bu ilin noyabr ayında isə “Azərkosmos” 19 xarici ölkəyə 3,1 milyon dollar dəyərində xidmət ixrac edib. Bu isə oktyabrla müqayisədə ölkələrin sayının 4 ədəd, xidmət dəyərinin isə 4,1 milyon manat 56,9% azalması deməkdir. Səhmdar cəmiyyətinin xidmətlərini əsasən ABŞ, Fransa, Birləşmiş Ərəb Əmirlikləri, Birləşmiş Krallıq və Malayziya idxal edib.

Xəbərin orijinal ünvanı: https://report.az/i-kt/azerkosmos-bu-il-26-xarici-olkeye-xidmet-ixrac-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR