Qarın ağrısı şikayəti ilə xəstəxanaya gəldi, on dəqiqə sonra uşaq dünyaya gətirdi

Qarın ağrısı şikayəti ilə xəstəxanaya gəldi, on dəqiqə sonra uşaq dünyaya gətirdi
13:05 29 Dekabr 2019
88 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyənin Bursa şəhərində qadın qarın ağrısı şikayəti ilə xəstəxanaya gəlib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, İnegöl rayonunda 33 yaşlı Yasəmən A. adlı qadın qarnı ağrıdığı üçün həkimə müraciət edib.

Ağrının səbəbini müəyyənləşdirmək üçün ondan analiz götürülüb və onun doqquz aylıq hamilə olduğu ortaya çıxıb.

Dərhal doğum şöbəsinə yerləşdirilən qadın on dəqiqə sonra oğlan uşağı dünyaya gətirib.

Bu, onun dördüncü övladıdır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/814355.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR