Böyük neft ölkəsi 1,36 milyard dollar borc aldı

Böyük neft ölkəsi 1,36 milyard dollar borc aldı
09:57 31 Dekabr 2019
Ölkə mətbuatı
A- A+

Səudiyyə Ərəbistanı büdcə kəsirini maliyyələşdirmək etmək üçün 1,36 milyard dollarlıq istiqrazlar emissiya edib.

"Marja" xəbər verir ki, istiqrazlar 4 hərrac ilə yerləşdirilib.

İlk hərracda 5 illik 42.4 milyon dollarlıq, ikinci hərracda 10 illik 315 milyon dollarlıq, üçüncü hərracda 14 illik 176.8 milyon dollarlıq və dördüncü hərracda isə 29 illik 835 milyon dollarlıq istiqraz satılıb.

Ölkənin Maliyyə Nazirliyi büdcə kəsirinin 2019-cu ilin sonuna qədər 181 milyard dollara çatmasının gözlənildiyini açıqlamışdı.

Neft qiymətlərinin düşməsi Səudiyyə Ərəbistanı rəhbərliyini son illərdə borclanmaya yönəldib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/813793.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR