"Report" Estoniya mətbuatına istinadən xəbər verir ki, bu barədə Estoniya Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
"Faciənin toxunduğu hər bir kəsə səmimi qəlbdən başsağlığı verirəm", - deyə Pentus-Rozimannus azərbaycanlı həmkarına ünvanladığı məktubda yazıb.
Mayın 19-da Bakının Binəqədi rayonunda yerləşən 16 mərtəbəli binada baş verən yanğın nəticəsində 4-ü uşaq olmaqla 16 nəfər həyatını itirib, 50-dən çox insan müxtəlif dərəcəli bədən xəsarəti alıb. Faktla bağlı bir nəfər saxlanılıb.