Hadisənin bacısı hövsələdən çıxdı və söyüş söydü

Hadisənin bacısı hövsələdən çıxdı və söyüş söydü
21:03 1 Yanvar 2020
193 Şou
Ölkə mətbuatı
A- A+

Müğənni Hadisənin bacısı Hülya Açıqgöz 2019-cu ilin son günü bütün niftərini sosial şəbəkədə müğənninin yaxın çevrəsindəki insanlara qusub.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ulduzun bacısı 2019-cu ilin onun həyatında hansı izləri qoyduğunu aşağıdakı cümlərlə ifadə edib:

"2019 - Şentürkün dost olmadığını, Topların vəfasız olmadığını, Doğanın yaramaz bir yaltaq olduğunu, bəzi insanların saxta olduğunu öyrəndiyim il oldu. Bundan savayı sağlamlığıma şükür olsun. Sevdiklərimə təşəkkür edirəm. Bu həyatda dincliyim və xoşbəxtliyim üçün şükür edirəm. Məni sevən və sayan hər kəsə şükür edirəm. 2020-ci ildən xeyirlisini diləyirəm. Təpədən baxanlar bir qat aşağı ensinlər. Əzilənlər də ayağa qalxsın. Qarşınızdakı kim olursa-olsun, özünüzü əzdirməyin. Sizi sevməyəni sevməyin, saymayanı saymayın. Sonrası rahatdır".

Məlum olub ki, Hülya Açıkgözün adlarını çəkdiyi şəxslər bacısı Hadisənin işlədiyi insanlardır.

Xatırladaq ki, bir neçə il əvvəl müğənni Hadisənin anası qızlarının mübahisələrədn bezərək intihara təşəbbüs etmişdi. Bundan sonra bacılar bir-biri ilə münasibətləri kəsmişdi.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/magazin2/300790.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR