"Real" 2020-ci ilin transfer bombasını partladır

"Real" 2020-ci ilin transfer bombasını partladır
13:47 3 Yanvar 2020
87 İdman
Ölkə mətbuatı
A- A+

"Real" 2020-ci ilin transfer bombasını partlatmağa hazırlaşır.

Milli.Az Fanat.az-a istinadən bildirir ki, "Kral Klubu" "Liverpul"un ulduzu Sadio Mane üçün danışıqlara başlayıb.

"Le10Sports"un xəbərinə görə, Madrid klubu seneqallı futbolçunu yayda heyətinə qatmaq istəyir. Amma danışıqlara indidən başlayıb və tez bir zamanda "Liverpul"la anlaşıb, transferi elan etmək niyyətindədi.

Baş məşqçi Zinəddin Zidanın israrla istədyii Sadio Mane ilə ilk görüş Parisdə baş tutub. Görüşdə futbolçunun maaşı müzakirə edilib. 

Qeyd edək ki, Sadio Mane "Liverpul"a 2016-cı ilin yayında "Sautqempton"dan 41.2 milyon avroya transfer olunub. Hazırda "Transfermarkt"ın 150 milyon avro qiymət qoyduğu 27 yaşlı forvard cari mövsümdə meydana çıxdığı 27 rəsmi oyunda 14 qol vurub və 11 məhsuldar ötürmə edib. 

Milli.Az 


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/815166.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR