İndoneziyada daşqınlarda ölənlərin sayı 53 nəfərə çatıb

İndoneziyada daşqınlarda ölənlərin sayı 53 nəfərə çatıb
10:47 4 Yanvar 2020
46 Digər
Ölkə mətbuatı
A- A+

İndoneziyanın paytaxtı Cakarta şəhərində və ona yaxın ərazilərdə daşqınlar və torpaq sürüşmələri nəticəsində ölənlərin sayı 53 nəfərə çatıb, 1 nəfər itkin düşüb.
"Report" xəbər verir ki, bu barədə İndoneziyanın Təbii Fəlakətlərlə Mübarizə Milli Agentliyi məlumat verib.
Agentliyin məlumatına görə, 173 mindən çox insan evsiz qalıb.
Qeyd edək ki, İndoneziyada Cakartanın bir hissəsinin, eləcə də yaxınlıqdakı ərazilərin su altında qalması ilə nəticələnən güclü leysan yağışları dekabrın 31-dən davam edir.


Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/i-ndoneziyada-dasqinlarda-olenlerin-sayi-53-nefere-catib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR