Dünya çempionu Sloveniya klubunun baş məşqçisi təyin olunub

Dünya çempionu Sloveniya klubunun baş məşqçisi təyin olunub
12:47 4 Yanvar 2020
32 Digər
Ölkə mətbuatı
A- A+

İtaliya milli komandasının və "Yuventus"un sabiq futbolçusu Mauro Kamoranezi Sloveniya "Tabor"una baş məşqçi təyin olunub.
"Report"un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, 43 yaşlı mütəxəssislə 2021-ci ilin iyununadək müqavilə bağlanılıb. Komandanın sabiq baş məşqçisi Almir Süleymanoviç isə fəaliyyətini Kamoranezinin köməkçisi kimi davam etdirəcək.
İtaliyalı mütəxəssisin son iş yeri 2016-2017-ci illərdə Meksika "Kafetaleros"u olub. 2006-cı ilin dünya çempionu "Koras de Tepik" və "Tiqre"yə də rəhbərlik edib.
Qeyd edək ki, "Tabor" Sloveniyanın yüksək liqasına ötən mövsümün yekununda yüksəlib və hazırda 8-ci yerdə gedir. Çempionatın lideri isə "Olimpiya"dır. 

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/dunya-cempionu-sloveniya-klubunun-bas-mesqcisi-teyin-olunub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR