İnstaqram hesabınızı belə dondura bilərsiniz

İnstaqram hesabınızı belə dondura bilərsiniz
21:47 4 Yanvar 2020
Ölkə mətbuatı
A- A+

Məşhur sosial şəbəkələrdən olan İnstaqram istifadəçiləri hesablarını müvəqqəti dondurmaq imkanına sahibdirlər.

Milli.Az ted.az-a istinadənprossesi necə həyata keçirməyin qaydasından bəhs edəcək. Bunu etmək üçün əvvəlcə İnstaqrama kompüterdən daxil olun və "Profili redaktə et" hissəsinə vurun.

Daha sonra sağda, alt hissədəki "Hesabımı müvəqqəti bağlayın" düyməsini klikləyin. Ardınca ekranda hesabınızın niyə bağlandığı soruşulur. Səbəbini göstərib şifrənizi daxil etməklə hesabınızı dondura bilərsiniz.

Hesabınız dondurulduqdan sonra onu 24 saat keçmədən yenidən aktivləşdirə bilməzsiniz. Dərhal açmağa cəhd etsəniz səhv parol bildirşi gələcək. Bundan başqa İnstaqram hesabını dondurduqdan sonra kompüterlə deyil, yalnız telefon üzərindən aktivləşdirə bilərsiniz.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/814394.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR