Cənubi Koreyanın “Samsung” şirkəti yeni “Galaxy S10 Lite” modelini təqdim edib.

Publika.az
xəbər verir ki, smartfon “Qualcomm Snapdragon 855” prosessoruna sahibdir.

“Galaxy S10 Lite”ın 6/8 GB RAM operativ yaddaş seçimi və 128 GB daxili yaddaş həcmi var.

Smartfon 6,7 düymlük ölçüdədir və Full HD+ keyfiyyətində Super AMOLED ekran ilə təchiz olunub.

Telefonun yaddaşı MicroSD kart ilə birlikdə 1 TB-a qədər də artırıla bilər.

Smartfona arxada üç, öndə isə tək kamera yerləşdirilib. Cihaz arxada 48 meqapiksel əsas kamera və F/2.0 diafraqma açıqlığı, öndə isə 32 meqapiksel dəqiqlik və F/2.2 diafraqma təqdim edir.

Qeyd edək ki, smartfonun qiyməti barədə dəqiq məlumat verilməsə də, təqribən 650-750 dollar civarında olacağı deyilir.

"Samsung" yeni smartfonunu təqdim etdi - FOTO