İtaliya millisinin sabiq futbolçusu Mauro Kamoranezi məşqçilik karyerasını Sloveniyada davam etdirəcək.
Milli.Az goal.az-a istinadən xəbər verir ki, 43 yaşlı mütəxəssis sözügedən ölkənin "Tabor" klubunun baş məşqçisi təyin olunub.
Bu barədə klubun saytı məlumat yayıb. İtaliyalı mütəxəssislə 2021-ci ilin yayınadək nəzərdə tutulan müqavilə bağlanılıb. Komandanın keçmiş baş məşqçisi Almir Süleymanoviç isə Mauronun köməkçisi təyin olunub.
Kamoranezinin son iş yeri Meksikanın "Kafetaleros" klubu olub.
Milli.Az