Məşhur avtomobil şirkətlərinin keçmiş rəhbəri Yaponiyadan qaçdı

Məşhur avtomobil şirkətlərinin keçmiş rəhbəri Yaponiyadan qaçdı
08:17 7 Yanvar 2020
Ölkə mətbuatı
A- A+

Yaponiyada mühakimə edilən "Renault"-"Nissan"-"Mitsubishi" şirkətlər alyansının keçmiş prezidenti Karlos Qon ölkədən qaçıb.

Milli.Az ted.az-a istinadən bildirir ki, Livanın rəsmi xəbər agentliyi NNA-nın məlumatına görə, K.Qon vəzifəsindən sui-istifadədə təqsirli bilinərək ev həbsində tutulduğu Yaponiyadan Livanın paytaxtı Beyruta gəlib.

"Mən Livandayam. Artıq Yaponiya mühakiməsinin girovu deyiləm. Mən ədalətdən qaçmadım, özümü zülm və siyasi təzyiqlərdən qurtardım", - deyə avtomobil şirkətinin sabiq prezidenti bildirib.

Qeyd olunub ki, Livan əsilli iş adamı K.Qon paytaxt Beyrutda ailəsilə birlikdədir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/815634.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR