Tovuzda öldürülərək yandırılan 10 yaşlı Nərminlə bağlı ŞOK FAKTLAR – FOTO

Tovuzda öldürülərək yandırılan 10 yaşlı Nərminlə bağlı ŞOK FAKTLAR – FOTO
11:23 7 Yanvar 2020
123 Digər
Ölkə mətbuatı
A- A+

Tovuz rayon Dondar Quşçu kənd sakini, 2010-cu il təvəllüdlü Quliyeva Nərmin Şərif qızının ötən ilin 21 noyabr tarixində yoxa çıxan və dünən yandırılmış meyiti tapılması cəmiyyətdə böyük rezoransa səbəb olub.

Publika.az xəbər verir ki, qızın ailəsi televiziyada axtarış proqramına çıxandan sonra onun meyiti aşkarlanıb. Belə ki, Xoşqədəm Hidayətqızının verilişinə çıxan azyaşlının valideynləri çağırış ediblər və bundan az sonra Nərminin yandırılmış meyiti yaşadığı kənddə tapılıb. Onun kim tərəfindən ölüdürülməsi, yandırılması və meyitin ora necə gətirilməsi məlum olmasa da, cəsədin əraziyə sonradan gətirilib atıldığı dəqiqləşib.

Publika.az xəbər verir ki, hadisədən dərhal sonra polisə müraciət edən Nərminin yaxınları onun qaçırılma ehtimalını bildiriblər. Belə ki, Nərminin böyük bacısı bildirib ki, hadisə baş verən gün ailə üzvləri ilə birgə qonşuluqdakı toy məclisində olublar. Axşam saatlarında Nərminin bacısı toydan çıxıb evə gedərkən ona sarı rəngli “VAZ” markalı avtomobil yaxınlaşaraq evlərinə aparmağı təklif edib. Lakin Nərminin bacısı maşına minməkdən imtina edib. Təxminən 1 saat sonra atası Şərif Quliyevin gödəkçəsini gətirmək üçün evə yollanan Nərmin yoxa çıxıb.

Qəddarcasına öldürülən qızın valideynləri konkret şübhələndikləri şəxsin olmadığını da bildiriblər.

Qeyd edək ki, faktla bağlı Tovuz rayon Prokurorluğundan Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi açılıb, araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/crime/301184.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR