Bakıda topdan satış mərkəzinin sahibi həbs edildi – İÇKİDƏN ÖLƏN ŞƏXSƏ GÖRƏ

Bakıda topdan satış mərkəzinin sahibi həbs edildi – İÇKİDƏN ÖLƏN ŞƏXSƏ GÖRƏ
13:08 7 Yanvar 2020
64 Digər
Ölkə mətbuatı
A- A+

Bakıda spirtli içki satışı ilə məşğul olan şəxs tutulub.

Publika.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, yanvarın 2-də Bakı şəhər sakini Yusif Hüseynov dərmandan zəhərlənmə ilə xəstəxanaya yerləşdirilib və orada ölüb. Araşdırmalarla onun spirtli içkidən ölməsi müəyyən edilmişdir.

Xətai RPİ 34-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində spirtli içkini satan, Q.Qarayev prospektində yerləşən bazardakı topdan satış mağazasının sahibi, Bakı şəhər sakini S.Seyidov saxlanılıb.

Araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/crime/301201.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR