"Qəbələ" bugünkü oyunlara hazırdı

"Qəbələ" bugünkü oyunlara hazırdı
10:07 17 Yanvar 2015
119 İdman
Ölkə mətbuatı
A- A+

2014/15 mövsümünün ikinci yarısının hazırlıqlarını Türkiyənin Antalya şəhərində davam etdirən "Qəbələ" toplanışın 12-ci gününü 1 məşqlə yekunlaşdırıb. Fanat.az xəbər verir ki, Roman Qriqorçukun rəhbərliyi altında baş tutan səhər məşqində komanda əsasən toplu çalışmalar və müxtəlif fiziki təmrinlər yerinə yetirib.  


Qeyd edək ki, "Qəbələ" bu gün təlim-məşq toplanışı çərçivəsində iki yoxlama oyununu keçirəcək. İlk matçda - saat 16.00-da "qırmızı-qaralar" Türkiyə I Liqasında mübarizə aparan "Adanaspor"la qarşılaşacaq. İkinci oyunda - saat 19.00-da "Qəbələ"nin rəqibi "Vorskla" (Poltava, Ukrayna) olacaq. 


Fanat.az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotqblquot-bugunku-oyunlara-hazrd-t17528.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR