İran XİN NATO rәsmisinin açıqlamasına reaksiya verdi

İran XİN NATO rәsmisinin açıqlamasına reaksiya verdi
22:50 8 Yanvar 2020
119 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. Elnur Bağışov - Trend:

NATO Baş katibinin iranlı generalın ölümü ilә әlaqәdar sәslәndirdiyi sözlәr beynәlxalq hüquq normalarına ziddir.

Trend-in məlumatına görə, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Abbas Musәvi deyib.

A.Musәvinin sözlәrinә görә, ABŞ-ın aktiv üzvü olduğu bu alyansın funksiyası son illәrdә ancaq qeyri-sabitlik yaratmaq olub.

İranlı diplomat generalın öldürülmәsinin NATO-nun əlində bir vasitәyә çevrilmәsini tәәssüflә qeyd edib.

A.Musəvi bəzi qüvvәlәrin çıxması ilә regiona sabitliyin qayıdacağına inandığını qeyd edib.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/other/world/3174576.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR