Azərbaycan nefti ucuzlaşır

Azərbaycan nefti ucuzlaşır
11:15 9 Yanvar 2020
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti yanvarın 8-də 69.46 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0.58 dollar/barel azdır.

Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 67.89 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0.58 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 60.9 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1.33 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 67.71 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 1.08 dollar/barel azdır.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/business/3174755.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR