KİV: Livan hökuməti dindirilmədən sonra Karlos Qonun ölkəni tərk etməsini yasaqlayıb
Paylaş
30 baxış·1 dəq oxu
Livan hökuməti “Renault - Nissan – Mitsubishi” avtomobil alyansının keçmiş rəhbəri Karlos Qonun cümə axşamı Ədalət sarayında keçirilən dindirilməsindən sonra onun ölkəni tərk etməsini qadağan edib. "Report" TASS-a istinadən xəbər verir ki, bu barədə "Daily Star" qəzetinə Beyrut məhkəməsindəki mənbə məlumat verib. Mənbənin bildirdiyinə görə, dekabrın sonunda Tokioda ev həbsindən Livana qaçan K.Qon livanlı müstəntiqlər tərəfindən dindirilib.