Voleybolçu qadınlardan ibarət Azərbaycan millisi Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya xarakterli Avropa Təsnifat Turnirində növbəti oyununu keçirib.
Publika.az xəbər verir ki, millimizin ikinci rəqibi Bolqarıstan yığması olub və voleybolçularımız məğlub olub.
Oyun 1:3 (23:25, 19:25, 25:21, 22:25) hesabı ilə yekunlaşıb.
Qeyd edək ki, Azərbaycan millisi qrupda sonuncu qarşılaşmasını yanvarın 10-da Polşa kollektivinə qarşı keçirəcək.