Estoniya tarixində misli görünməmiş dələduzluq hadisəsi baş verib

Estoniya tarixində misli görünməmiş dələduzluq hadisəsi baş verib
00:47 10 Yanvar 2020
103 Dünya
Ölkə mətbuatı
A- A+

Bir qrup dələduz Estoniyanın Rapla şəhərinin sakinindən yarım milyon avrodan çox pul almaq üçün telefonla kələk işlədib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, səlahiyyətli orqanların məlumatına görə, rus dilində danışan dələduzlar zərərçəkənlə əlaqə saxlayaraq onu özlərinin bank hesablarına pul köçürməyə razı salıblar. Əcnəbi vətəndaşın hesabına pul köçürən "qurban" daha sonra hesaba daxil ola bilməyib və bununla da 500 min avrodan çox pul itirib.

Dələduzların yaxalanmaları üçün cinayət işi başlanılıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/816396.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR