Hərbi posta hücum edilib, 25 hərbçi həlak olub

Hərbi posta hücum edilib, 25 hərbçi həlak olub
04:43 10 Yanvar 2020
127 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Nigerin qərbindəki Şineqodar kəndində hərbi posta edilən hücumda iyirmi beş əsgər həlak olub.

Trend-in məlumatına görə, bu barədə "Frans Press" agentliyi bildirib.

Məlumata əsasən, 60-dan çox terrorçu zərərsizləşdirilib.

Bildirilib ki, naməlum şəxslər motosiklet və avtomobillərlə bazaya gələrək atəş açıblar.

Niger Hava Qüvvələri və "tərəfdaşlar"ın dəstəyi ilə hərbçilər cavab zərbələri endirib və rəqibi qaçmağa məcbur edib.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/other/world/3175161.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR