"Report" "Sabah"a istinadən xəbər verir ki, 29 yaşlı hücumçu mövsümün sonuna kimi ölkənin digər komandası "Kristal Palas"a icarəyə verilib. Oyunçu hazırda yeni klubunda tibbi müayinədən keçir.
Qeyd edək ki, Cenk Tosun 2018-ci ilin yanvarında "Beşiktaş"dan "Everton"a transfer olunub. Onun klubla müqaviləsi 2022-ci yayında başa çatır.