İlin ilk Ay tutulması BAŞLADI

İlin ilk Ay tutulması BAŞLADI
21:18 10 Yanvar 2020
Ölkə mətbuatı
A- A+

Bu ilin ilk Ay tutulması başlayıb.

Publika.az xəbər verir ki, təbiət hadisəsi saat 23:11-də maksimuma çatacaq.

Proses yanvarın 11-ə keçən gecə saat 01:12-də bitəcək.

Ay tutulmasını Avropa, Asiya, Afrika, Avstraliyada müşahidə etmək mümkün olacaq. Amma prosesi gözlə müşahidə etmək çətin olacaq.

Ay tutulmasını Azərbaycanda da izləmək mümkündür.

Tutulmanın maksimum fazasında Ay adi bədrlənmiş (dolu) Aydan bir az tünd görünəcək.

Qeyd edək ki, 2020-ci ildə 4 Ay tutulması hadisəsinin baş verəcəyi gözlənilir. 2-ci Ay tutulması iyunun 5-dən 6-sına keçən gecə, 3-cüsü iyulun 5-də, sonuncu tutulma isə noyabrın 30-da baş verəcək.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/paranormal/301574.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR