Beş ölkə İranda qəzada həlak olanların doğmalarına kömək qrupu yaradıb

Beş ölkə İranda qəzada həlak olanların doğmalarına kömək qrupu yaradıb
05:32 11 Yanvar 2020
70 Digər
Ölkə mətbuatı
A- A+

Kanada, Əfqanıstan, Böyük Britaniya, İsveç və Ukrayna Tehran aeroportunda "Ukrayna Beynəlxalq Hava Yolları" təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olanların doğmalarına kömək üzrə xüsusi qrup yaradıb.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Kanada Xarici İşlər Nazirliyinin başçısı Fransua-Filipp Şampan jurnalistlərə bildirib.
"Biz vətəndaşları aviaqəzada həlak olan ölkələrin beynəlxalq koordinasiya qrupunu yaratdıq", - o deyib.
Şampan qeyd edib ki, qrupa Kanada, Əfqanıstan, Böyük Britaniya, İsveç və Ukrayna nümayəndələri daxildir. Xarici İşlər Nazirliyi başçısının sözlərinə görə, qrup qəzanın səbəblərinin araşdırılmasının gedişi haqqında bütün operativ informasiyanı həlak olanların qohumlarına çatdıracaq və onlara lazımi kömək göstərməklə məşğul olacaq.
"Həlak olanların ailələri bütün suallara cavab almalıdır", - nazir vurğulayıb.
Şampan həmçinin bildirib ki, qəzada Kanadanın 57 vətəndaşı həlak olub. Qeyd edək ki, daha əvvəl bu rəqəmin 63 olduğu hesab edilirdi.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/bes-olke-i-randa-qezada-helak-olanlarin-dogmalarina-komek-qrupu-yaradi

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR