Avropaya göndərilməsi nəzərdə tutulan 1,5 ton kokain müsadirə edilib

Avropaya göndərilməsi nəzərdə tutulan 1,5 ton kokain müsadirə edilib
09:47 11 Yanvar 2020
23 Dünya
Ölkə mətbuatı
A- A+

Boliviyanın hüquq-mühafizə orqanları Belçikaya göndərilməsi nəzərdə tutulan 1,5 ton kokain müsadirə ediblər.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Arturo Murilyo bildirib.

A.Murilyo deyib: "Biz 1,5 ton narkotik müsadirə etmişik, bu çox əhəmiyyətli, demək olar ki, tarixi hadisədir".

Nazir qeyd edib ki, müsadirə edilmiş kokainin ümumi dəyəri 64,5 milyon dollardır. La-Pasda keçirilən əməliyyat zamanı 5 nəfər saxlanılıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/816959.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR