Zərif: "Təyyarə qəzasına insan amili səbəb olub"

Zərif: "Təyyarə qəzasına insan amili səbəb olub"
10:27 11 Yanvar 2020
25 Dünya
Ölkə mətbuatı
A- A+

Yanvarın 8-də İran ərazisində Ukrayna təyyarəsinin qəzasının səbəbi insan amilidir.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif öz "Twitter" səhifəsində yazıb.

Nazir bildirib ki, İran Silahlı Qüvvələrinin Baş Qərargahının daxili araşdırmasına əsasən, ABŞ avantürizminin səbəb olduğu insan səhvi qəzaya gətirib çıxarıb:

"Biz dərindən təəssüf edirik, xalqımızdan, qurbanların ailələrindən və digər zərər çəkmiş ölkələrdən üzr istəyirik, onlara başsağlığı veririk".

Xatırladaq ki, yanvarın 8-də Ukraynaya məxsus "Boeing 737" sərnişin təyyarəsi İranın İmam Xomeyni aeroportu yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsində 167 sərnişin, 9 heyət üzvü olub. Təyyarənin sərnişinləri İran, Kanada, Almaniya, Böyük Britaniya, İsveç və Əfqanıstan, heyət üzvləri isə Ukrayna vətəndaşları olub.

Təyyarə havaya qalxdıqdan bir qədər sonra qəzaya uğrayıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/816984.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR