"Boeing" korporasiyası daha 5,4 milyon dollar məbləğində cərimələnə bilər

"Boeing" korporasiyası daha 5,4 milyon dollar məbləğində cərimələnə bilər
08:12 12 Yanvar 2020
55 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ Mülki Aviasiyası Federal İdarəsi (FAA) "Boeing" korporasiyasını daha 5,4 milyon dollar məbləğində cərimələmək təklifini irəli sürüb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, FAA bu cəriməni yoxlama zamanı korporasiyanın 178 ədəd "737 MAX" təyyarəsində aşağı keyfiyyətli hissələrin quraşdırılmasının aşkarlandığına görə təklif edib. Şirkət sözügedən təyyarələri sertifikatlaşdırmaya hazır kimi təqdim etmişdi.

Qeyd edək ki, 2018-ci ilin oktyabrında İndoneziyada "Lion Air" aviaşirkətinə, 2019-cu ilin martında isə "Ethiopian Air" aviaşirkətinə məxsus təyyarələrin qəzaya uğramasından sonra ABŞ-da və bir çox ölkələrdə "Boeing"in "737 MAX" modelindən olan təyyarələrin uçuşları dayandırılıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/817054.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR