Sərbəst güləşçilərimiz Türkiyədə BİRİNCİ YERİ TUTDULAR

Sərbəst güləşçilərimiz Türkiyədə BİRİNCİ YERİ TUTDULAR
21:38 12 Yanvar 2020
33 İdman
Ölkə mətbuatı
A- A+

Türkiyənin İstanbul şəhərində sərbəst və qadın güləşi üzrə Yaşar Doğunun xatirə turnirinə bu gün yekun vurulub.

Azərbaycan Güləş Federasiyasından Publika.az-a verilən məlumata görə, sonuncu yarış günündə qadın güləşçilərimizdən Tatyana Omelçenko (62 kq) gümüş, onunla eyni çəkidə çıxış edən Elmira Qəmbərova isə bürünc medal qazanıb. Ümumilikdə 1 qızıl, 1 gümüş və 3 bürünc medal qazanan yığmamız 99 xalla komanda hesabında 2-ci yeri tutub. Türkiyə 1-ci, Bolqarıstan isə 3-cü olub.

Sərbəst güləşdə Abubakr Abakarov (79 kq), Aslanbek Alborov (92 kq), Camaləddin Məhəmmədov (125 kq) qızıl, İntiqam Vəlizadə (61 kq) gümüş, Hacımurad Hacıyev (74 kq) və Şamil Zubairov (92 kq) isə bürünc medala sahib olub. Beləliklə, ümumilikdə 4 qızıl, 1 gümüş və 6 bürünc medal əldə edən millimiz komanda hesabında 180 xalla 1-ci yeri tutub. Türkiyə 2-ci, Gürcüstan isə 3-cü olub.

Qeyd edək ki, memorialda beynəlxalq dərəcəli hakim Xəzər Allahverdiyev ədaləti qoruyub.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/idman/301707.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR