Xatirə İslam bu səbəbdən 7 aydır evinə gedə bilmir -

"7 ay əvvəl bu yolu kiməsə, nəyəsə görə qazdılar. Hansısa vəzifəli şəxsin evinə xətt çəkilməsindən ötrü yüzlərlə ev batır".

Metbuat.az xəbər verir ki, bu sözləri müğənni Xatirə İslam Binəqədi rayonu, Novxanı qəsəbəsi ərazisində aparılan qazıntı işlərindən sonra yararsız hala düşən yollar haqqında sosial şəbəkədə paylaşdığı videoda deyib. İfaçı üzünü adıçəkilən rayonun İcra Hakimiyyətinə tutaraq müraciət edib:

"Bütün Novxanıda əziyyet çəkən sakinlərin adından xahiş edirik Binəqədi rayonu İcra hakimiyyəti başçısı bu işə qarışsın. 7 ay əvvəl bu yolu kiməsə, nəyəsə görə qazdılar. Hansısa vəzifəli şəxsin evinə xətt çəkilməsindən ötrü yüzlərlə ev batır. Bunu qazdıran insan yenidən bağlamalı idi. Vəziyyət çox pisdir, qonşular televiziyaya çıxmağa hazırlaşır. Hər gün maşınlar sürüşüb bir-birinə dəyir. İnsanlar küllü ziyan çəkir. Əzilən maşınların ziyanı isə aydın məsələdir mən həll edəcəyəm yəqin ki".

Sözügedən videonu təqdim edirik:


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR