Aybəniz Haşımova müəllimi haqqında ŞOK FAKTLARI AÇDI

Aybəniz Haşımova müəllimi haqqında ŞOK FAKTLARI AÇDI
13:23 13 Yanvar 2020
130 Şou
Ölkə mətbuatı
A- A+

“Bu fotonu tələbəm Müzəffər gizli çəkərək mənə göndərib. Siz necə dəyərləndirəcəksiniz, bilmirəm. Amma mənə o qədər təsir etdi ki, sözə çevirə bilmirəm. Uşaq vaxtı yaşadığım 8 nömrəli internat məktəbində bir müəllimə var idi. Ondan çox qorxurduq”.

Publika.az xəbər verir ki, bu sözləri Əməkdar artist Aybəniz Haşımova instaqramda yazıb. O, şagirdi ilə fotosunu paylaşaraq, məktəb illərində aldığı travmanı yada salıb:

“Qadın bizdə “iclas” sözünü fobiya etmişdi. Hələ də məni kimsə iclasa çağıranda elə bilirəm ki, kimlərsə, yaxud mən çox pis danlanacağam. Çünki uşaqlarımızın hamısını söyürdü, yaxud özünəməxsus formada qarğış edirdi. O vaxt sözlərinin mənasını anlamırdıq. Görəsən, biz necə dözmüşük? Deməli, belə çıxır ki, o vaxt uşaqlar dözümlü olub. İradələri zəif olmayıb, hə?

Ailə qurmazdan əvvəl qaşlarım çox nazik idi. Hətta yaxından görməyənlər elə bilirdi ki, qaşlarımı almışam. Bir gün həmin o tərbiyəçi yanında bir müəllim yoldaşı ilə məni otağa apardı. Üzümü pəncərənin önünə tərəf tutaraq qaşlarımı yoxladılar. Mən də səfeh kimi onların əlinin altında oturub icazə verdim ki, qaşlarıma baxsınlar. Adama deyən lazımdır ki, bu uşağın sahibi ola-ola sən kimsən ki, başıma hoqqa açırsan? Bu barədə evdəkilərə məlumat vermədim. Bütün uşaqların o qadına qarşı qorxusu var idi.

Uşaqları qorxudaraq guya öz aləmində tərbiyə edən müəllimlərə sözüm var! Onlara öncə sevgi vermək, qayğı göstərmək lazımdır. Uşaqlar onsuz da böyük sevgilərindən ehtiram göstərəcəklər. Onları qorxutmağa çalışmayın. Bu, ömürlük travmaya çevrilə bilər. Uşaqlar müəllimini sevməlidir, qorxmalı deyil”.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/magazin1/301751.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR