Xaçmazda “Ford” piyadanın həyatına son qoydu

Xaçmazda “Ford” piyadanın həyatına son qoydu
16:42 14 Yanvar 2020
60 Ölkə
Ölkə mətbuatı
A- A+

Xaçmaz şəhəri ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Milli.Az-a verilən məlumata əsasən, yanvarın 13-də saat 22 radələrində Xaçmaz şəhəri ərazisində Xudat şəhər sakini R.Ağabəyov idarə etdiyi "Ford" markalı avtomobillə yolu keçən Qusar rayon sakini İlahəddin Vəlimətovu vurub.

Bildirilir ki, piyada xəstəxanaya yerləşdirilsə də, orada ölüb.

Xaçmaz RPŞ tərəfindən araşdırma aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/817764.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR