Pakistanın Ermənistanla diplomatik əlaqələr qurur? -

Pakistanın Azərbaycandakı səfirliyi yerli KİV-də Pakistan və Ermənistan arasında diplomatik əlaqələrin qurulması barədə yayılan məlumatlara münasibət bildirib.

Metbuat.az xəbər verir ki, diplomatik nümayəndəlikdən “report”a verilən məlumata görə, Pakistanın bu məsələdəki mövqeyi dəyişməzdir.

"Bir daha qeyd edirik ki, Pakistanın Ermənistanı tanımaq məsələsində mövqeyi dəyişməzdir. KİV-də yanvarın 10-da dərc olunan bu yazının heç bir əsası yoxdur”, - səfirliyin açıqlamasında deyilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR